Azadsöz.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu İtaliya təmsilçisi “Milan”ın yarımmüdafiəçisi Rade Kruniçi transfer edib.
Məlumata görə, Bosniya və Herseqovinadan olan yarımmüdafiəçiyə bonuslarla birlikdə təxminən beş milyon avroluq transfer haqqı ödəniləcək.
Futbolçunun bu gün İstanbula yollanacağı məlumdur. Tibbi müayinədən keçdikdən sonra onun yeni komandası ilə 3,5 illik müqavilə bağlaması planlaşdırılır.
Qeyd edək ki, “Milan”da 4 il yarım keçirən Rade Kruniç 139 matçda üç qol vurub, altı məhsuldar ötürmə edib.
Yeri gəlmişkən bildirək ki, “Fənərbağça” ötən gün Leonardo Bonuççini də heyətinə qatdığını açıqlayıb.