Azadsöz.az xəbər verir ki, avtomobil qəzasında dünyasını dəyişən məşhur meyxanaçı Bayram Kürdəxanlının Rusiyada oğlu olduğu üzə çıxıb.
Bu barədə ARB-nin efirində yayımlanan verilişlərdən birində məlumat verilib.
Mərhum meyxanaçının qardaşı Xəlifə Quliyev canlı yayıma qoşularaq, qardaşının Rusiyada oğlunun olduğunu bildiyini deyib. O qeyd edib ki, ancaq həmin oğlanla əlaqəsi yoxdur.
“Qardaşım hardasa 35 il əvvəl bir qızla Moskvada tanış olmuşdu və qız orada təhsil alırdı. Qardaşım onun bütün xərclərini qarşılayırdı. Daha sonra həmin xanım universiteti bitirdi. Ailəsi qardaşımla evlənməyinə icazə vermədi. Sonradan bildiyim məlumata görə, o, avtomobil qəzasında həyatını itirib. Bayramdan bir oğlu olmağını mən sonradan bildim. Mən onun tapılmağını çox istəyirəm. Qardaşımın yadigarıdır”, – deyə Xəlifə Quliyev bildirib.
Daha ətraflı ARB TV-nin süjetində: