Azadsöz.az xəbər verir ki, Türkiyənin məşhur sənətçisi Rafet El Roman yenidən Bakıda konsert verəcək.
Konsert proqramı bu dəfə 3 gün ardıcıl olacaq.
Sevilən ifaçı çoxsaylı istəkləri nəzərə alaraq yanvar ayının 13, 14 və 15-də Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, biletlər artıq satışdadır. Qiymətlər 30-190 manat aralığında dəyişir.