Azadsöz.az xəbər verir ki, “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr müavini təyin olunub.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müvafiq qərarına əsasən, bu vəzifəyə Rəşad Xalıqov təyin edilib.
Qeyd edək ki, Rəşad Xalıqov 2021-ci ilin oktyabr ayından Agentliyin sədrinin müavini vəzifəsini müvəqqəti icra edirdi.