20 Sentyabr 2024 04:49

Lerikdə ot bağlaması yandı

Azadsöz.az xəbər verir ki, Lerik rayonunun Şivlə kəndində yanğın hadisəsi baş verib.

Bu barədə   Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki,  Şivlə kəndində ümumi sahəsi 150 m² olan tövlə, bitişik ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 8 ton ot bağlaması yanıb.

Tövlənin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com