10 Noyabr 2024 10:54

Gələn həftədən prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq

Azadsöz.az xəbər verir ki, gələn həftədən növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

Prosesə yanvarın 15-də start veriləcək.

Fevralın 6-sı saat 08:00-da təşviqatın aparılması dayandırılacaq.

Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində yeddi nəfərin namizədliyi qeydə alınıb.

Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev;

İstanbul trv istanbul travestileri