Azadsöz.az xəbər verir ki, İspaniya millisinin baş məşqçisi Luis de la Fuente federasiya ilə yeni əməkdaşlıq müqaviləsi bağlayacaq.
Bu barədə “Diario As” məlumat yayıb.
Mənbənin məlumatına görə, 62 yaşlı mütəxəssis martda Kolumbiya ilə ayın 22-də keçirilməsi planlaşdırılan yoldaşlıq görüşü öncəsi müqaviləni uzadacaq.
De la Fuentenin yeni müqaviləsinin müddəti 2026-cı ilə qədər olacaq.
İspaniyalı mütəxəssis komandaya ötən ilin yanvarından rəhbərlik edir. Onun İspaniya ilə hazırkı müqaviləsi iyulun 31-dək qüvvədədir.
Qeyd edək ki, 2024-cü il Avropa çempionatı iyunda Almaniyada başlayır və iyulun ortalarına qədər davam edəcək