20 Sentyabr 2024 05:39

Sabah rayonlarda yaz havası olacaq

Azadsöz.az xəbər verir ki,  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 4-6°, gündüz 8-11° olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi axşama doğru bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6°, gündüz 14-19°, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° olacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com