10 Noyabr 2024 06:24

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Azadsöz.az xəbər verir ki,  yanvarın 10-da saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi 10 yanvar 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

İstanbul trv istanbul travestileri