Azadsöz.az xəbər verir ki, İsrail qırıcıları Livanın Tir və Səidə şəhərləri yaxınlığındakı ərazilərə zərbələr endirib.
Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
“İsrail aviasiyası Livanın Tir şəhərinin cənubundakı Əl-Kəliləyə hava zərbələri endirilib” – deyə hesabatda bildirilir.
Yanvarın 6-da Aİ-nin diplomatiya üzrə rəhbəri Josep Borrell regionda vəziyyətin daha da gərginləşməsi qorxusu səbəbindən ölkənin İsraillə sərhədindəki vəziyyəti müzakirə etmək üçün Livana gəlib .
Bundan əvvəl Livan İsraildən ölkənin suverenliyini pozmaqdan əl çəkməyi və qoşunlarını cənub bölgələrindən çıxarmağı tələb edib . Livanın baş naziri Najib Mikati deyib ki, sərhəddə vəziyyətin daha da gərginləşməsi regional müharibənin başlanmasına səbəb ola bilər .