Azadsöz.az xəbər verir ki, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:
1. Orxan Cavanşir oğlu Qasımov 58 saylı Xaçmaz kənd, Tərlan İsmayıl qızı Məmmədova 110 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsinlər.
2. Eldar Vladimiroviç Qəmbərov 33 saylı Xətai birinci, Qalib Həbibulla oğlu Əhmədov 110 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov