Azadsöz.az xəbər verir ki, Mədəniyyət nazirliyindən bildirilib ki, müğənninin ölüm xəbərləri həqiqəti əks etdirmir:
“Hazırda Əməkdar artist müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək”.
Aygün Bəylərin rəsmi instaqram səhifəsində də sənətçinin vəziyyəti ilə bağlı paylaşım edilib:
“Aygün Bəylər vəfat etməyib. Vəziyyəti ağırdır. Dua edin” , – deyə paylaşımda qeyd olunub.
***
21:00
Azadsöz.az xəbər verir ki, əməkdar artist Aygün Bəylər vəfat edib. O, bu gün Ankarada müalicə aldığı xəstəxanada dnüyasını dəyişib.
Məlumatı onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.
“Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər” deyə, aktyor əlavə edib.
Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.