Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Şıxlar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov etmək istəyən dörd nəfər saxlanılıb.
Həmin şəxslərdən ov silahları, patronlar və ov qurğuları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.