25 Noyabr 2024 09:46

Azərbaycanın xaricdəki səfirliklərində seçki məntəqələri yaradılır

Azadsöz.az xəbər verir ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır.

Bu barədə “Report”a diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, növbədənkənar prezident seçkisi ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülür. Bu məqsədlə seçki məntəqələri yaradılır.

Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına alınan seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılır.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

Ankara escort İstanbul Travesti Shemale İstanbul