25 Noyabr 2024 09:16

17 yaşlı Tərtər sakinini 14 yaşlı yeniyetmə bıçaqlayaraq öldürdü

Azadsöz.az xəbər verir ki, Tərtərdə qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Bu barədə  Tərtər rayon prokurorluğu  məlumat yayıb.

Belə ki, yanvarın 1-də Tərtər şəhəri, Nizami küçəsində yerləşən fərdi yaşayış evlərindən birinin qarşısında 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Fuad Quluzadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul