Azadsöz.az xəbər verir ki, rayonun Almalı kənd sakini 1970-ci il təvəllüdlü Yusifova Azadə dekabrın 20-də səhər saatlarında yaşadığı evdən tərk edərək, bir daha geri qayıtmayıb.
Onun ailə üzvüləri bu barədə Qax rayon Polis Şöbəsinə müraciət ediblər. DİN-nin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, qadının tapılması istiqamətində axtarış tədbirləri keçirilir.
Kənd sakinlərinin dediyinə görə əvvəllərdə belə hallar olub.