Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovun “Qış imtahan sessiyasının keçirilməsi haqqında” əmrinə uyğun olaraq İdarəetmə Sistemləri İnstitutunda 2023-cü ilin qış imtahan sessiyasında ixtisas fənlərindən doktorluq imtahanlarının qəbulu məqsədilə AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun və professor Ramin Rzayevin sədrliyi ilə imtahan komissiyaları yaradılıb.
21 dekabr 2023-cü il tarixinə təyin olunmuş imtahanlarda müvafiq olaraq 1203.01 – “Kompüter elmləri” ixtisasından doktorluq imtahanında 1, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasından doktorluq imtahanında 2 iddiaçı iştirak edib.
İmtahan sessiyası başa çatıb.