Azadsöz.az xəbər verir ki, bunlar yarımmüdafiəçi Kasemiro, müdafiəçi Rafael Varan, cinah yarımmüdafiəçisi Ceydon Sanço və hücumçu Antoni Marsyladır. Klub onların satışından ümumilikdə 230 milyon funt-sterlinq (təqribən 267 milyon avro) qazanmağı planlaşdırır.
Bildirilib ki, klub direktoru Con Murtauq bu ayın əvvəlində Səudiyyə Ərəbistanında olub və yanvar transferləri üçün vəsait toplamaq üçün bu futbolçuları satmağa çalışıb. Murtauq hələ keçidlərlə bağlı razılığa gəlməyib, lakin bir neçə mühüm əlaqə qurub və yeni danışıqlar aparmağı planlaşdırır.