18 Oktyabr 2024 09:09

Sabirabadda qazi vəfat etdi-FOTO

Azadsöz.az xəbər verir ki, Vətən müharibəsi qazisi 24 yaşlı Sabirabad rayonunun Azadkənd kənd sakini Orxan Cümşüd oğlu Quliyev dünən axşam saatlarında vəfat edib. Qazi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, i Orxan  Quliyev Vətən müharibəsində bir ayağını itirib.

O, Ağdamda gedən döyüşlər zamanı ayağından qəlpə yarası alaraq Bakıda hospitala yerləşdirilib və əməliyyat olunub, amma sağalaraq 14 gündən sonra isə təkrar döyüşlərə qatılıb. Müharibədən sonra isə ayağındakı şiş səbəbi ilə yatağa məhkum olub.

O, sağ baldırında olan şiş toxumasının böyüməsi səbəbindən bu ilin aprelin 18-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasından Milli Onkologiya Mərkəzinə göndəriş əsasında əməliyyat olunub və ayağı amputasiya edilib.

grandpashabet alefbahis istanbul travesti