Azadsöz.az xəbər verir ki, 15 dekabr 2023-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov ümummilli lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Göyçay rayon Heydər Əliyev mərkəzində Ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlə, mərkəzdə sərgilənən 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xəyal Arif oğlu Məmmədovun şəxsi əşyaları ilə tanış olublar.