16 Sentyabr 2024 23:10

Sumqayıtda tikinti materialları bazarında yanğın olub

Azadsöz.az xəbər verir ki, Sumqayıt şəhərində tikinti materialları bazarının ərazisində ümumi sahəsi 120 m² olan birmərtəbəli, 3 otaqlı obyektin iki otağının dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.
küçükçekmece escort
Bu barədə FHN məlumat yayıb.

Obyektin qalan hissəsi, yaxınlıqda yığılan taxta materialları və digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.