08 Sentyabr 2024 04:36

Tovuzda avtomobillər toqquşub: Yaralılar Var

Azadsöz.az xəbər verir ki, hadisə Tovuz çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə təcili yardım birqadasının əməkdaşları cəlb olunub. 

Qəza zamanı yaralanan 1977-ci il təvəllüdlü Rövşən Novruzov və 1995-ci il təvəllüdlü Firdovsi Əşrəfov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.