22 Noyabr 2024 21:12

Zəfər paradı – Azərbaycan xalqının sarsılmaz iradəsinin nümayişidir

2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı qüvvələrinin başlatdığı hərbi təxribatlara cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları – tariximizə 44 günlük Vətən müharibəsi adı ilə daxil olan qəhrəmanlıq tariximiz xalqımızın həyatında silinməz izlər qoydu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun yüksək qəhrəmanlıq və şücaətlə həyata keçirdiyi və 44 gün ərzində davam edən müharibə bütün məqamları ilə bütün dünya üçün əsl qəhrəmanlıq nümunəsi oldu. Bu qəhrəmanlıq dövlətimizin, xalqımızın və ordumuzun birliyindən tutmuş, vətənpərvərliyinə, peşəkarlığına və mübarizliyinə görə misli görünməmiş bir örnək idi.

2020-ci il dekabrın 10-da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradımızın keçirilməsi isə Azərbaycanın şanlı Qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi idi. Üç il bundan öncə tarixi Zəfərimizin sevinci, qüruru fonunda keçirilən bu Zəfər paradı eyni zamanda dünya hərb tarixinə yeni səhifə yazan qüdrətli, yenilməz Azərbaycan xalqının güc və qüdrətinin təntənəsi idi.

Həmin gün hər bir azərbaycanlının qəlbinin qürurla döyündüyü, sevinc, fəxarət dolu şanlı Qələbəmizin təntənəsi olan Zəfər yürüşünün keçirilməsi xalqımızın tarixi yaddaşına əbədi olaraq həkk olundu. Dosta fəxarət, düşmənə göz dağı olan həmin tarixi anlar qüdrətli Azərbaycan xalqının yenilməz iradəsinin, rəşadətli Azərbaycan Ordusunun güc və qüdrətinin, güclü rəhbərin sarsılmaz iradəsinin nümayişi idi.

Prezident İlham Əliyev tədbirdəki çıxışında Zəfərin qürurunu və sevincini Azərbaycan xalqı ilə bölüşdü. Dövlətimizin başçısı xüsusi olaraq əsgər və zabitlərimizin böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyalarını yerinə yetirdiklərini vurğulayaraq tarixi Qələbəmizdə onların fədakarlığını yüksək qiymətləndirdi.

Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin paradda çıxışı zamanı səsləndirdiyi fikirlər o möhtəşəm tarixi anları böyük qürur hissi ilə xatırladır: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilən torpaqlara bundan sonra həyat qayıdacaq. Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu Zəfər paradıdır. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”

Zəfər paradının özəlliyini təsdiqləyən mühüm məqamlardan biri də Azərbaycan və Türkiyə prezidentlərinin çiyin-çiyinə dayanaraq paradı birgə qəbul etmələri oldu. Vətən müharibəsində tarixi Qələbəmizin şərəfinə təşkil olunmuş Zəfər yürüşündə qürurverici hadisə 3000 Azərbaycan əsgər və zabiti ilə yanaşı Türk əsgər və zabitinin də iştirakı, eyni zamanda fəxri qonaq qismində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ən yadda qalan məqamlardan idi. Bu bir daha qardaşlıq və dostluğun sarsılmaz bağlarının təcəssümü idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi, həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi hər birimizdə böyük fəxarət və qürurverici hisslər yaratmaqla yanaşı, eyni zamanda ölkələrimizin mənəvi yaxınlığının bütün dünyaya bir daha əyani nümayişi idi. Bu mühüm addım başlıca olaraq dünyaya verilmiş ciddi mesaj idi.

10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycan – Türkiyə dostluğunun sarsılmazlığının dünyaya təqdimatı olmaqla bərabər, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun, tarixinə, torpaqlarına sahib çıxan xalq olmasının da nümayişinə çevrildi.

Tarixi Zəfərimizdən sonra Azərbaycan ordusunun keçirdiyi əməliyyatların uğurlu nəticələri, həmçinin bu ilin sentyabr ayının 19-da reallaşdırılan lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızın separatçılardan təmizlənməsi, qondarma rejimin özünü buraxması və digər mühüm hadisələr növbəti qalibiyyətlərimizin davamı oldu. Oktyabrın 15-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə ucaltdı. 8 noyabr Zəfər Günündə isə Xankəndi şəhərində möhtəşəm qalibiyyətimizin növbəti simvolu olan hərbi paradın keçirilməsi xalqımızın və ordumuzun Qələbə salnaməsi kimi yaddaşlara əbədi həkk olundu.

Bütövlükdə qürur mənbəyinə çevrilmiş bu tarixi hadisələr bundan sonra da əbədi olaraq şanlı tarix kimi xatırlanacaqdır.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul