Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Əzizov Şəmistan İlyas oğlunun mövlud günü Qaraxıdır kənd qəbirstanlığında məzarı önündə qeyd edildi.
Mərasimdə şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri, Azadsöz.az xəbər saytının və AzadSözAz televiziyasının xüsusi müxbiri Gülşən Muradova və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Çıxış edənlər şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər. Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında, rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində möhtəşəm qələbə əldə edildiyini qeyd ediblər. Hərbi əməliyyatlarda Göyçay rayonundan olan qəhrəman oğullarımızın da nümayiş etdirdikləri qəhrəmanlıq hamımızı qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğulayılar.
Xatırladaq ki, şəhid Əzizov Şəmistan İlyas oğlu 06.12.1993-cü il tarixdə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. 29.09 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmişdir. 15 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilmişdir.