Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2023-cü il 2-4 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəmkir, Tovuz rayonlarında fəaliyyət göstərən 8 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
№ | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
Bakı şəhəri üzrə | |||
|
Şükürov Nicat
Hümbət oğlu |
Nəsimi rayonu, M.Qaşqay küçəsi 63 | İnzibati protokol tərtib edilib |
|
Şükürov Hümbət Cabbar oğlu | Nəsimi rayonu, S.Rüstəm
küçəsi 58 |
İnzibati protokol tərtib edilib |
|
Məmmədov Natiq
İsa oğlu |
Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 125 | İnzibati protokol tərtib edilib |
|
Məmişov Nicat
Abbas oğlu |
Nəsimi rayonu, Ş.Abdullayev küçəsi | İnzibati protokol tərtib edilib |
Şəmkir rayonu üzrə | |||
|
Qarayev Eldar Naib oğlu | Düyərli kəndi | İnzibati protokol tərtib edilib |
|
İsmayılov Rahib
Dilqəm oğlu |
Şəmkir şəhəri, Ş.Qurbanov küçəsi | İnzibati protokol tərtib edilib |
|
Cəfərov Xəqani
Fidayıl oğlu |
Şəmkir şəhəri, Ş.Qurbanov küçəsi | İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə | |||
|
Əkbərov Şirəli
Müzəffər oğlu |
Tovuz şəhəri, M.Musayev küçəsi | İnzibati protokol tərtib edilib |