22 Noyabr 2024 21:03

Hindistanın hakim partiyası seçkilərdə dörd əsas ştatdan üçündə qalib gəlib

Close-up of human hand casting and inserting a vote and choosing and making a decision what he wants in polling box with India flag blended in background

Azadsöz.az xəbər verir ki, Hindistanın hakim Bharatiya Janata Partiyası (BJP) ölkənin dörd əsas ştatından üçündə davam edən regional seçkilərdə səslərin əksəriyyətini qazanıb.

Bunu seçki komissiyasının rəsmi saytında yerləşdirilmiş məlumatlar sübut edir.

Belə ki, BJP Çhattisqarh əyalət məclisində 90 yerdən 52-ni və mərkəzi Madhya Pradeş əyalət məclisində 230 yerdən 158-ni əldə edib. Hindistanın şimal-qərbindəki Racastan əyalətində isə BJP 199 qanunverici mandatdan 113-nü qazanıb.

Hakimiyyətdə olan partiya yalnız Telanqana ştatının cənubunda uğur qazana bilməyib. Orada BJP 119 yerdən cəmi 9 yerə sahib olub. Bölgədə müxalifət partiyası Hindistan Milli Konqresi (INC) qalib gəlib. Onun nümayəndələri yerli qanunvericilik məclisində 68 yeri tutacaqlar.

Müşahidəçilərin qeyd etdiyi kimi, hazırkı regional seçkilər altı aydan sonra Hindistanda keçiriləcək ümumi seçkilər öncəsi seçicilərin əhval-ruhiyyəsini əks etdirir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul