16 Sentyabr 2024 23:21

Şəmkirdə yol kənarında meyit tapılıb

Azadsöz.az xəbər verir ki, Şəmkir rayonunda yol kənarında, “3 yol” deyilən ərazidə naməlum kişi meyiti tapılıb.

Üzərində xəsarətlər olan meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə aparılıb.

Onun şəxsiyyəti hələ məlum deyil.

İlkin ehtimala görə, həmin şəxs avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.