18 Oktyabr 2024 11:07

Kürdəmirdəki “Bığ” restoranında nöqsanlar aşkarlanıb – FOTO

Azadsöz.az xəbər verir ki, Kürdəmir rayonu, Karrar kəndində yerləşən, fiziki şəxs Qəniyev Sadiq Seyyat oğluna məxsus “Bığ” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən təkrar yoxlama keçirilib.

Baxış zamanı qida obyektində ilkin yoxlamada aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı məlum olub. İctimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu, restoranın sanitar-texniki və sanitar-gigiyenik vəziyyətlə bağlı nöqsanlar aradan qaldırılmadan fəaliyyət göstərdiyi müəyyən olunub. Belə ki, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, süd və süd məhsullarının minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb, fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, həmçinin aşkar edilmiş nöqsanların qısa zaman ərzində aradan qaldırılması barədə icrası zəruri göstərişlər verilib və qida obyektinin fəaliyyəti nəzarətə götürülüb.

Kürdəmirdə fəaliyyət göstərən restoranda plandankənar yoxlama keçirilib

 

grandpashabet alefbahis istanbul travesti