Azadsöz.az xəbər verir ki, Ermənistanda bundan sonra Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbərini və onun müavinini prezident deyil, baş nazir vəzifəyə təyin və vəzifədən azad edəcək.
Ermənistan mediasının məlumatına görə, bu barədə qərar hökumətinin bu gün keçirilən iclasında qəbul edilib.
Planlaşdırılan dəyişikliklərin qəbulundan sonra MTX-nin direktoru və onun müavinləri dövlət vəzifələrini, Milli Təhlükəsizlik Xidmətinin qalan zabitləri isə hərbi vəzifələri tutacaqlar.
Layihə təcili hesab edilib və parlamentə göndəriləcək.