Azadsöz.az xəbər verir ki, Azərbaycan ilə Ruanda arasında diplomatik və xidməti pasport sahibləri viza tələbindən azad edilib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş’’in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.