Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş “Qubadlı fatehi” polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Məmmədova bu gün Göyçay Rayon Mərkəzi Xəstəxanasında öd kisəsindən əməliyyat olunub.
Həkim-ümumi cərrah Kamran Məmmədov tərəfindən icra olunan əməliyyat uğurla nəticələnib. Şəhid anasının vəziyyətinin yaxşı olduğu bildirilir.
Qeyd edək ki, Polkovnik-leytenantı Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edərək, Füzuli, Murov, Cəbrayılın,Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. 31 oktyabr 2020-ci ildə Laçın istiqamətində şəhidlik zirvəsinə ucalıb.Göyçayda Şəhidlər Xiyabanında dəfn olunub.
Xatırladaq ki, Vidadi Xəlilov ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Azərbaycan Bayrağı” ordeni və “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, medalları ilə təltif olunmuşdur.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev