23 Noyabr 2024 08:10

Məktəblilər arasında maarifləndirmə işləri aparılacaq

Azadsöz.az xəbər verir ki,  SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə orta təhsil müəssisələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı maarifləndirmə işləri aparacaq.

Son dövrlər təbii qazdan təhlükəsiz istifadə ilə bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkələr üzərindən məlumatların paylaşılmasına baxmayaraq hələ də neqativ hallara rast gəlinir. Görülən zəruri tədbirlərə və nəzarətə baxmayaraq belə hadisələrin baş verməsi narahatlıq doğurur.

Elə bu məqsədlə cari ilin dekabr ayından etibarən təhsil müəssisələrinin 5, 6 və 7-ci sinif şagirdləri arasında təbii qazdan təhlükəsiz istifadə olunması, mənzillərdə qaz iyi hiss etdikdə görülməsi vacib olan tədbirlər və hamam otaqlarında dəm qazından qorunma yolları barədə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.

Bunun üçün hər iki qurumun mütəxəssislərindən ibarət qrup yaradılacaq. Layihənin həyata keçirilməsində məqsəd şagirdlərə mavi yanacaqdan və qaz cihazlarından düzgün istifadənin aşılanmasıdır. Həmçinin valideyn nəzarəti olmadan qaz cihazlarından istifadənin təhlükəli olması fikrini azyaşlı uşaqlarda formalaşdırmaqdır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul