27 İyul 2024 07:03

Göyçayda şəhid anası işlə təmin olunub-FOTO

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göyçay rayonunun Birinci Ərəbcəbirli kənd sakini,  Maarif Rahim oğlu Həsənovun anası Həsənova Nəzakət Tahir qızı  işlə  təmin olunub.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının  Publik Hüquqi Şəxsi  Yaşar  Əhmədovun  əmri ilə Nəzakət Həsənova  Göyçay Rayon Mərkəzi Xəstəxanasının TTY şöbəsində (Təcili Tibbi Yardım)  xadimə  işinə  götürülüb.

Qeyd  edək ki,  şəhid Həsənov Maarif Rahim oğlu  44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. 17 noyabr 2020-ci il tarixdə Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev