13 Oktyabr 2024 17:40

Zaqatalada nəvəsi tərəfindən bıçaqlanan baba vəfat etdi – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Çoxsaylı bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə müalicə alan 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq axşam 21 radələrində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Y.İbrahimovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

*****

18:13

 

Azadsöz.az xəbər verir ki, Zaqatala şəhər sakini, 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı  bıçaqla xəsarət yetirib.

R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 Faktla bağlı araşdırmalar aparılır.

grandpashabet alefbahis istanbul travesti