27 İyul 2024 07:11

Xaçmazda qəza nəticəsində iki nəfər öldü- YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, ödənişli yolun Xaçmaz rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı ikiyə çatıb.

Qəzada xəsarət alan şəxs -1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həkimlərin səylərinə baxmayaraq o dünyasını dəyişib.

Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb.

*****

20:30


Azadsöz.az xəbər verir ki, 
“Nissan X-Trail” markalı avtomobil yeni istifadəyə verilən ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində Qusar rayon sakinləri – 1964-cü il təvəllüdlü Babayev Xalis Abiddin oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Babayeva Təranə Ənvər qızı isə hadisə yerində aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.