08 Sentyabr 2024 04:56

Səfərbərlik Xidmətinin rəisi Göyçayda vətəndaşları qəbul edəcək-TARİX

Azadsöz.az  xəbər  verir  ki,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov dekabrın 15-də Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, Ucar  və Zərdab  rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Qəbulda iştirak etmək istəyən  vətəndaşların 14 dekabr 2023-cü il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına (info@seferberlik.gov.az) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev