08 Sentyabr 2024 03:48

Zaqatalalı gənc Bakıda özünü asdı

Azadsöz.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində baş verib. 23 yaşlı Elnur İlham oğlu Musayev yaşadığı evdə özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, intihar edən Elnur Musayev Zaqataladandır.

İlkin məlumata görə, E.Musayev sevdiyi qızdan ayrıldığı üçün canına qəsd edib.

Belə ki, o, intihar etməzdən öncə yazdığı məktubunda da bunu qeyd edib.

Mərhumun meyiti bu gün Zaqatalaya aparılaraq Göyəm kəndində dəfn edilib.