30 Oktyabr 2024 10:52

Azərbaycan millisinin oyunlarını idarə edəcək hakimlər açıqlandı

Azadsöz.az xəbər verir ki, qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Kipr və Farer adaları seçmələrinə qarşı keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Dekabrın 1-də “Limassol” stadionunda Kiprlə oynanılacaq matçı Belçikadan, dekabrın 5-də “Dalğa Arena”da Farer adalarına qarşı təşkil olunacaq qarşılaşmanı isə İsveçdən olan hakimlər briqadası idarə edəcək.

1 dekabr

21:00. Kipr – Azərbaycan

Baş hakim: Karoline Lanssens

Yan xətt hakimləri: İrmqard Van Meirvenne, Marqot Yakobs

Dördüncü hakim: Yana Van Lare

5 dekabr

19:00. Azərbaycan – Farer adaları

Baş hakim: Lovisa Yohansson

Yan xətt hakimləri: Kamilla Stendal, Jilan Taher

Dördüncü hakim: Maral Mirzai Beni

kadıköy escort anadolu yakası escort istanbul travesti