27 İyul 2024 08:17

“Barselona” Messi üçün vida matçı keçirəcək

Azadsöz.az  xəbər  verir  ki, “İnter Mayami”nin hücumçusu Lionel Messi 2024-cü ildə “Nou Kamp”da vida matçına çıxacaq.

Gələn ilin noyabrın 29-da keçiriləcək matç həm də klubun 125 illiyi şərəfinə təşkil ediəcək.

Messi klubun əfsanələr komandasının heyətində dünya komandasına qarşı oynayacaq. Onun komandasında Ronaldinyo, Romario, David Villa, Rivaldo, Sesk Fabrekas, Luis Enrike kimi keçmiş ulduz futbolçular yer alacaq. Rəqib komandada isə Kriştiano Ronaldo, Zinəddin Zidan, Serxio Ramos, Qaret Beyl kimi sabiq “Real”lı futbolçular oynayacaq.