23 Noyabr 2024 05:50

Şəhid Rüstəm Məmmədovun üçüncü ildönümündə əziz xatirəsi ehtiramla yad edilib-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əslən Göyçay rayonundan olan Rüstəm İbrahim oğlu Məmmədovun  üçüncü  ildönümü  Mingəçevir Şəhidlər Xiyabanında şəhidin məzarı önündə qeyd olundu.

Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyəti və Göyçay rayon İcra Hakimiyyəti  başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının xüsusi müxbiri  Gülşən Muradova, Göyçay rayon Yeniarx  kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi  Əhməd Məmmədov  göyçaylı şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, məktəblilər, ictimaiyyət nümayəndləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Tədbirdə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr  diləyiblər.Bildiriblər ki,  2020-ci ilin 27 sentyabrında başlayan Vətən  müharibəsi Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsi kimi  xalqımızın yaddaşına  qızıl  hərflərlə  yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində göstərdiyi misilsiz şücaət və qəhrəmanlıq, xüsusilə də Şuşanın əfsanəvi azadedilmə əməliyyatı dünyanın diqqətini ölkəmizə yönəltdi. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.


Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Rüstəm Məmmədov 10.08.1998-ci il Göyçay rayonunda  anadan olub.Həqiqi hərbi xidmətini bitirdikdən sonra MAXE kimi, qulluğa başlayıb.29 sentyabr  2020-ci il tarixdə Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. 

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Rüstəm Məmmədov  ölümündən  sonra  “Vətən uğrunda”,“Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalı  və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev




 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul