08 Sentyabr 2024 04:36

Naxçıvanda yeni TƏYİNATLAR

Azadsöz.az xəbər verir ki, Babək və Şahbuz rayonlarının Təhsil Şöbələrinə yeni müdirlər təyin olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən Qəbulov Elşən Tofiq oğlu Babək Rayon Təhsil Şöbəsinə, Əsgərova Ayşən Hüseyn qızı isə Şahbuz Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin olunublar.

Qeyd edək ki, Elşən Qəbulov İngilis dili müəllimi ixtisasını bitirib və 14 ilə yaxın dövlət qulluğunda çalışıb. Ayşən Əsgərova isə Fizika müəllimliyi ixtisasını bitirib, 9 ilə yaxın dövlət qulluğu stajına malikdir və hər iki kadr uzun müddət təhsil sahəsində müxtəlif vəzifələrdə işləyiblər.