27 İyul 2024 06:35

Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq

Azadsöz.az  xəbər  verir  ki, məlumata görə, gələn ay Azərbaycanın qədim xalçaları Avstriyada hərraca çıxarılacaq.

“Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycandan olan nümunələr də var. XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2 000 – 3 000 avro arasında dəyişir.

“Austria Auction Company”nin (Avstriya Hərrac Şirkəti) “XXXV zərif antik Şərq xalçaları və icma sənəti 4” auksionu 2 dekabr 2023-cü il, yerli vaxtla saat 16:00-da keçiriləcək. Hərraca digər ölkələrin xalqlarının da qədim əl işləri daxil olmaqla, ümumilikdə 282 xalça. Onların arasında türkmən, Qafqaz ölkələrinin, Anadolunun, Şərqi Türküstanın xalçaları da var.