Azadsöz.az xəbər verir ki, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Təbriz Xancanovun şəhadətə qovuşmasının üçüncü ildönümüdür.
Təbriz Məhəmmədəli oğlu Xancanov 1996-cı il iyunun 9-da Göyçay rayonunun Qəbələ Müskürlü kəndində anadan olub.2002-2011-ci illərdə Müskürlü kənd orta məktəbində natamam orta təhsilini alıb.Sonrakı iki ilini isə komputer biliklərinə yiyələnib.Həqiqi hərbi xidmətini 2014-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının N saylı hərbi hissədə keçib.Nişanlı idi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Ağdam, Ağdərə, Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Oktyabrın 16-da səhər saatlarında Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlər zamanı ayağından yaralansa da sonuna qədər döyüşüb, nəhayət döyüş yoldaşını döyüşdən çıxararkən başından aldığı qəlpə yarasında şəhid olub.Noyabrın 19-da doğulduğu kənddə dəfn olunub.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Təbriz Xancanov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev