18 Oktyabr 2024 09:29

Şəhid Azad Kərimlinin üçüncü ildönümü məzarı önündə qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki,  ərazi bütövlüyümüzün təmin olunması uğrunda qəhrəmancasına  şəhid olan   Azad Elşad oğlu Kərimlinin  şəhadətə qovuşmasının üçüncü ildönümü Yenikənd  kənd  qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri,  Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi, şəhid ailələri, dindarlar, ağsaqqallar,  kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr  diləyiblər.Bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsi kimi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 gün ərzində göstərdiyi misilsiz şücaət və qəhrəmanlıq, xüsusilə də Şuşanın əfsanəvi azadedilmə əməliyyatı dünyanın diqqətini ölkəmizə yönəltdi. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.

Tədbirdə  məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Azad Elşad oğlu Kərimli  6 fevral 1997-ci ildə Göyçay  rayonunun Yenikənd  kəndində  anadan olub. 2015-2017-ci illərdə həqiqi  hərbi xidmət  keçmişdir. 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır. 16 oktyabr  tarixində  Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur.Noyabrın  17-də  Yenikənd  kəndində  dəfn edilmişdir.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Azad Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları  ilə  təltif  edilmişdir.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev



 

grandpashabet alefbahis istanbul travesti