14 Noyabr 2024 01:30

Şəhidin mövlud günü qeyd edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, 44 günlük Vətən müharibəsində  qanı  ilə  tarix  yazaraq  şəhidlik  zirvəsinə ucalan  Əhmədov Zamiq Çingiz oğlunun  mövlud  günü   Ləkçıplaq kənd qəbirstanlığında məzarı  önündə qeyd  edildi.

Mərasimdə  şəhid ailələri, dindarlar, ağsaqqallar,  kənd  sakinləri, Azadsöz.az xəbər saytının  və AzadSözAz televiziyasının kollektivi və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr  diləyiblər.  Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi  altında, rəşadətli  Azərbaycan Ordusunun şücaəti nəticəsində möhtəşəm qələbə əldə edildiyini qeyd ediblər. Hərbi əməliyyatlarda Göyçay rayonundan olan qəhrəman oğullarımızın da nümayiş etdirdikləri qəhrəmanlıq hamımızı qürurlandırdığını, onların həyat yolunu, qəhrəmanlıq nümunələrini öyrənmək və təbliğ etmək hamımızın borcu olduğunu vurğulayılar.

Xatırladaq ki, şəhid Zamiq Əhmədov 987-ci il noyabrın 16-da Göyçay rayonunun Ləkçıplaq kəndindən anadan olub.2006-2007-ci illərdə artilleriya bölməsində həqiqi hərbi  xidmət keçib. 27 sentyabr 2020-ci il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

 

 

 

İstanbul trv istanbul travestileri