Azadsöz.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.
Kənd sakini, 16 yaşlı Səfiyyə Əhmədova yaşadığı evdə özünü asıb. Hadisə baş verən zaman evdə heç kim olmayıb. Ailəsi evə gələndə S.Əhmədovanın asılmış meyitini aşkar ediblər.
İntiharın baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S.Əhmədova məktəbli olub. O, 10-cu sinifdə oxuyurmuş. (Lent.az)