23 Noyabr 2024 00:13

O vaxt saxlanılan 337 nəfər arasında Vaqif də var idi – Şahid Azay Kərimov SİRLƏRİ AÇDI (VİDEO)

Azadsöz.az xəbər verir ki, Şuşa “türməsində” 337 nəfər erməni saxlanılırdı artıq boş kamera yox idi. Onlar hamsı cinayət törədən ermənilər idi. Onlardan biri də Vaqif idi.
Bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmənin növbəti iclasında şahid Azay Kərimov deyib.

O qeyd edir ki, onlar 4 nəfər idilər əllərində də müxtəlif silahlar vardı.

“Biz onları saxladıq, Şuşa türməsinə gətirdik. Bir-ay saxladılar. Bizə xəbər gəldi ki, Vaqif damarını dişi ilə kəsib. Onu Şuşa xəstəxanasına gətirdik.

Meşəli hadisəsi baş verən zaman oraya getdim. Hadisənin baş verdəyi gün kəndi 11 nəfər qarət edirdi. Onları zərərsizləşdirdik. Orada gördüyüm mənzərəni heç yerdə görməmişəm”, – deyə A.Kərimov bildirib.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul