Azadsöz.az xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı zəfərdən üç il ötür. Bu zəfər Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb.
Bunu açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib.
O qeyd edib ki, Qarabağ zəfəri yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir.
“Bunu bizə hədiyyə edən başda şəhidlərimiz, qazilərimizə, rəşadətli Azərbaycan ordusuna, xalqına və bütün bunları birləşdirən Ali Baş Komandan Prezident İlham Əliyevə təşəkkür edirik.
Zəfər nəticəsində Azərbaycan Cənubi Qafqazda bir gücə çevrildi. Daha sonra əldə edilə nailiyyətlərə, Qarabağda aparılan bərpa-quruculuq işlərinə, eyni zamanda Azərbaycanın sülh üçün çalışmalarına, xarici siyasətdə uğurlarına şahidik. Zəfərdən sonra atılan daha vacib bir addım Türkiyə ilə imzalanan “Şuşa Bəyannaməsi”dir. Bu “İki dövlət bir millət” şüarının göstəricisidir. Həm daxili və xarici siyasətdə uğurlu yol qət etmək, həm də ordu quruculuğunda yeniliklər etmək hər dövlət başçısını edə biləcəyi bir iş deyil. Azərbaycan Prezidenti İlham Əliyev bu zamana qədər verdiyi bütün sözləri tutdu”, – deyə o bildirib.
Y.Karauz həmçinin əlavə edib ki, indi Azərbaycanın hər qarışında şanlı Azərbaycan bayrağı dalğalanır.
“Üstəlik Azərbaycan torpaqlarını işğaldan azad edərkən heç bir mülki şəxsi hədəf almadı və Qarabağda yaşayan erməniəsilli şəxslərə də Azərbaycan öz humanistliyini göstərdi. Sırf bu hərəkətlərin belə dünyada başqa bir nümunəsi yoxdur. Dünya durduqca Azərbaycanın zəfəri də var olacaq. Bu elit semtimizde ataşehir vip escort bayanlar sizi bekliyor. Azərbaycana, Türk dünyasına və insanlığa bir abidə kimi mesaj verəcək. Bundan sonra Azərbaycanın torpaqlarına göz dikənlər, revanşist duyğular içərisində olanlar 44 günlük Vətən Müharibəsindən dərs çıxarmalıdır”, – deyə o əlavə edib.