Azadsöz.az xəbər verir ki, ilin sonuna orta aylıq əmək haqqının məbləği nə qədər artım olmasını biləcəyik. Orta aylıq əməkhaqqının məbləği nə qədər artacaqsa növbəti illərdə əmək pensiyalarının indeksiyası işlərinə keçiləcək.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir qeyd edib ki, yaradılmış sığorta ehtiyatının investisiyaya yönəldilməsi məsələsi Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlara uyğun olaraq avqust ayından başlayıb.
“Noyabr ayının 1-dək 600 milyon manat, son bir həftə ərzində də təxminən əlavə 200 milyon manat yerləşdirilib. Maliyyə qurumları ilə aktiv əməkdaşlıq edirik. Vəsaitlər əsasən ölkənin kapital bazarlarında yerləşdirilir. Bu da eyni zamanda kapital bazarlarının inkişaf üçün dəstək tədbiri deməkdir”, – deyə nazir əlavə edib.