Azadsöz.az xəbər verir ki, hazırda Ermənistan-Azərbaycan sərhədində qüvvələr toplanmayıb.
Bu barədə Ermənistan parlamentinin spikeri Akop Arşakyan jurnalistlərə deyib.
Onun sözlərinə görə, iki ölkənin sərhədində hətta gərginliyin azaldığı hiss olunur.
Qeyd edək ki, erməni deputatın bu bəyanatlarının əksinə olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını istəməyən qüvvələrdən biri olan Fransa Ermənistanı silahlandırmağa davam edir. Belə ki, bir qədər əvvəl erməni KİV-də Ermənistan hökumətinin bu yaxında Fransadan silah satın almasına dair xəbərlər yayılıb.
Məlumatda qeyd olunub ki, Fransa Ermənistana silah satacağını bəyan edib və oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransanın müdafiə naziri Sebastian Lökornünün dəvəti ilə Fransaya səfər edib. Fransalı nazir Ermənistana konkret olaraq hansı hərbi texnikanın satılacağını açıqlamasa da, “bu texnikadan Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təminatı üçün istifadə olunacağını” deyib. Bu xəbərlər Fransa mediasında da işıqlandırılıb və hətta Ermənistanın bu silahların pulunu necə edəcəyi barədə sual yaradıb.